İspaniyanın "Real" klubunda gözlənilən istefa gerçəkləşib. Matç.az saytı xəbər verir ki, Madrid təmsilçisi baş məşqçisi Xulen Lopeteqi ilə müqaviləyə vaxtından əvvəl xitam verildiyini açıqlayıb.

Bu gün bir araya gələn klubun direktorlar şurası nəticələrin qənaətbəxş olmadığını müzakirə edib və baş məşqçi ilə yolları ayırmağa qərar verib.

Baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq Santyaqo Solariyə tapşırılıb. "Real"ın ikinci komandası olan "Kastiliya"nın çalışdıran argentinalı bu gündən "Kral klubu"nda fəaliyyətə başlayacaq. Lakin İspaniya kral Futbol Federasiyasının qaydalarına görə müvəqqəti icraçı yalnız 15 gün bu vəzifədə qala bilər. Həmin müddətdə "Real" yeni baş məşqçisini tapmalıdı.

Qeyd edək ki, Lopeteqi bu ilin iyununda İspaniya millisini çalışdırdığı müddətdə "Real"la müqavilə imzalamış, bu üzdən yığmadan qovulmuşdu. Onun rəhbərliyi altında "Kral klubu" Primeranın turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Madridlilər son 7 matçda 5 dəfə məğlub olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest