Filip Koku ilə yollarını ayıran "Fənərbaxça" vaxt itirmədən baş məşqçi axtarışlarına başlayıb. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, İstanbul nəhənginin namizədləri artıq müəyyənləşib.

Prezident Ali Koçun bir nömrəli hədəfi Leonardo Yardimdi. "Monako"dan ayrıldıqdan sonra işsiz qalan Yardimlə bağlı yeganə problem onun Qətərdən də təklif almasıdı. Onun alternativi "Fənər"in sabiq futbolçusu Roberto Karlosdu. Klubu və ölkəni yaxşı tanıdığından, rəhbərlikdə bir çox şəxs onun lehinə qərar verilməsini gözləyir.

Digər namizədlər isə Mirça Luçesku, Tayfun Korkut və Loran Blandı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest