Qazaxıstan çempionatında XXXI turun rəmzi komandası müəyyənləşib. Matç.az yerli mətbuata istinadən xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda bu dəfə də rəmzi yığmaya düşməyib.

Buna səbəb "sambaçı"nın "Astana"nın heyətində "Tobol"la görüşdə meydana çıxmamasıdı. Əvəzində onun vaxtilə "Qarabağ"da çiyin-çiyinə çıxış etdiyi Reynaldo Silva fərqlənib. "Aktobe"nin forvardı "Kızıl-Jar"la qarşılaşmada yeganə qolun müəllifi olub. Qazaxıstan mətbuatında Reynaldo ilə bağlı belə yazılıb: "Azərbaycana qayıtmaq istəyən Reynaldo "Kızıl-Jar"la qarşılaşmada yüksək əhval-ruhiyyədə görünürdü. Braziliyalı rəqib qapısı qarşısında olduqca hərəkətli idi".

Qeyd edək ki, bu yaxınlarda Azərbaycanda səfərdə olan Reynaldo karyerasını yenidən ölkəmizdə davam etdirmək istəyini gizlətməmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest