İngiltərənin "Nyukasl" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "çelsi"nin yarımmüdafiəçisi Kayl Skott ilə "Bolton"un qapıçısı Ceyk Terneri transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma onlarla müqavilənin detalları və müddəti barədə məlumat verilməyib.
 
Skott "çelsi"nin əsas komandasında 2018-ci ilin fevralında debüt etsə də, son mövsümdə Hollandiyanın "Telstar" klubunda icarədə oynayıb. Terner isə İngiltərənin gənclərdən ibarət yığma komandasının üzvüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest