"İlk qələbəmizi qazanmağımız xoşdu. Hamı bundan məmnundu. Ancaq indi çox məşq etmək və növbəti oyunlara hazırlaşmaq lazımdı". Matc.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev deyib.

Gənc forvardın yenicə transfer olunduğu "Dinamo" Premyer Liqanın III turunda "Ural"ı 2:0 hesabı ilə məğlub edərək, cari mövsümdə ilk qələbəsini qazanıb.

"Dinamo"nun daha bir hücumçu axtarışında olmasına da münasibət bildirən Şeydayev bundan narahat deyil: "Yeni hücumçu axtarışları barədə nə düşünürəm? Bu, normaldı. Komandada rəqabət olmalıdı".

Qeyd edək ki, Şeydayev "Ural"la qarşılaşmanın hər iki qolunda yaxından iştirak etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest