"Qarabağ"ın hücumçusu Mahir Emreli karyerasını İspaniyada davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə yerli "Besoccer" nəşri məlumat yayıb.

Bildirilir ki, İspaniyanın ikinci liqasında çıxış edən bir neçə komanda millimizin üzvü ilə maraqlanır. Onun konkret olaraq "Ekstremadura" və ya "Malaqa"ya keçməsi istisna edilmir. Həmkarlarımız Mahirin ötən mövsüm 16 qolla səviyyəsini ortaya qoyduğunu və Azərbaycan çempionunun heyətində 2017-18 mövsümündə çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə görüşləri yüksək səviyyədə keçirdiyini bildirib.

Onun hətta 2013-cü ildə "Atletiko"da Dieqo Simeone ilə birlikdə çalışdığı da vurğulanıb. Gənc oyunçu İspaniyada La Liqaya qədər yüksəlmək üçün ikinci diviziondan başlamalıdı.

Qeyd edək ki, Mahir Emreli ötən mövsüm 16 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest