"Keşlə" növbəti mövsümün hazırlığını Türkiyədə davam etdirir. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisinin təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama görüşündəki rəqibi müəyyənləşib.

Tərlan Əhmədov yetirmələri avqustun 2-də yerli komanda ilə üz-üzə gələcək. Topuk Yayları Təsisləri stadionunda baş tutacaq yoxlama matçında "Keşlə" Türkiyə Superliqa təmsilçisi "çaykur Rizəspor"la ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.

Qeyd edək ki, "Keşlə" toplanış çərçivəsində ilk oyununu sabah "Osmanlıspor"a qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest