"Monako"nun hücumçusu Radamel Falkao karyerasını Türkiyədə davam etdirməyə hazırlaşır. Matc.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu "Qalatasaray"la danışıqları yekunlaşdırıb.

Məlumatda 33 yaşlı forvardın Türkiyə çempionu ilə hərtərəfli anlaşdığı və tərəflərin 3 illik müqaviləni razılaşdırdığı bildirilib. İndi yalnız "Monako"nun bu keçidə müsbət cavab verməsi qalıb.

Qeyd edək ki, 2013-cü ildən "Monako"da çıxış edən Radamel Falkao ötən mövsüm meydana çıxdığı 39 oyunda 16 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest