"Yuventus"un hücumçusu Moyze Kin karyerasını İngiltərədə davam etdirəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc forvard "Everton"la anlaşıb.

Klublar arasında danışıqlar müsbət nəticələnib. Razılığa əsasən, italyanlar 19 yaşlı forvardın keçidindən 30 milyon avro gəlir götürəcək. Kinin performansına görə, "Everton" əlavə 10 milyon avro bonus da ödəyə bilər. Müqavilədə gənc oyunçunun geri qayıtması maddəsi də yer alıb. Sabah İngiltərəyə yollanacaq Kin yeni komandasında tibbi müayindən keçəcək. Oyunçunun Liverpul klubunda illik məvacibi 3 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Moyze Kin ötən mövsüm A seriyasında keçirdiyi 13 oyunda 6 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest