İngiltərənin "Vulverhempton" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İtaliyanın "Milan" klubunun hücumçusu Patrik Kutroneni transfer edib.
 
Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 21 yaşlı italiyalı futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.
 
Bu transferin "Vulverhempton"a 24 milyon avroya başa gəldiyi bildirilir.
 
"Milan"ın öz yetirməsi olan Kutrone, geridə qalan mövsümdə bu komandanın heyətində 43 oyuna çıxıb, 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest