"Keşlə" yeni mövsümün hazırlığını Türkiyədə davam etdirir. Paytaxt klubu bu gün qonşu ölkədə ilk yoxlama görüşünü keçirəcək. Baş məşqçi Tərlan Əhmədov yetirmələrini yerli "Osmanlıspor"la görüşdə sınayacaq.

"Keşlə" yeni mövsümün hazırlığını Türkiyədə davam etdirir. Matc.az saytının məlumatına görə, paytaxt klubu bu gün qonşu ölkədə ilk yoxlama görüşünü keçirib.

Baş məşqçi Tərlan Əhmədov yetirmələrini yerli "Osmanlıspor"la görüşdə sınayıb. I liqa təmsilçisi ilə qarşılaşma "Bolu Koru Hotels Spa & Convention" otelinin stadionunda baş tutub və qolsuz başa çatıb.

Qeyd edək ki, "Keşlə" ikinci yoxlama görüşünü avqustun 2-də "çaykur Rizəspor"a qarşı keçirəcək.

 

Yoxlama görüşü
31 iyul

"Keşlə" - "Osmanlıspor" (Türkiyə) 0:0
"Bolu Koru Hotels Spa & Convention" otelinin stadionu

Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov, 2. İlkin Qırtımov, 5. Franko Flores, 23. Miyuşko Bojoviç, 25. Con Kamara, 17. Tural Bayramlı, 8. Sezar Meza Kolli, 11. Vüsal İsgəndərli, 14. Emin Mehdiyev, 10. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 65. Cabir Əmirli, 19. Azər Salahlı, 71. Emin Quliyev, 33. Tərlan Quliyev, 39. Pərviz Azadov
90. Orxan Fərəcov, 18. Ruslan Əmircanov, 80. R. Əbdi, 93. A. Kərimov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest