"Arsenal" kapitanı Loren Koselni ilə yollarını ayırmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 34 yaşlı mərkəz müdafiəçisi ölkəsi Fransaya qayıdır.

Belə ki, Koselni "Renn"ə keçməyə çox yaxındı. Klublar bu keçiddə artıq ortaq məxrəcə gəliblər. Koselni hətta vətəninə dönmək üçün "topçular"ın ABŞ turnesinə yollanmaqdan imtina etmişdi. Onun transferi London klubuna müəyyən məbləğdə pul qazandıracaq.

Qeyd edək ki, Loren Koselni 2010-cu ildən "Arsenal"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest