2019-cu ilin ən yaxşılarına namizədlərin adları bu gün müəyyənləşəcək. Matc.az saytının məlumatına görə, FIFA gün ərzində həm qadın, həm də kişilərdə ilin futbolçusu adına namizədləri açıqlayacaq.

İlk olaraq Bakı vaxtı ilə 15:00-da ən yaxşı qadın, bir saat sonra isə kişi məşqçisi olmağa namizədlər bilinəcək. 17:00 və 18:00-da isə müvafiq olaraq qadın və kişi futbolçuların siyahısı dərc ediləcək.

Qeyd edək ki, ötən ilin ən yaxşı kişi futbolçusu xorvatiyalı Luka Modriç, qadın futbolçusu isə braziliyalı Marta seçilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest