"Qarabağ"ın hücumçusu Mahir Emrelinin karyerasını İspaniyada davam etdirmək şansı getdikcə artır. Matc.az-ın yerli grada3.com saytına istinadən məlumatına görə, gənc futbolçu konkret olaraq La Liqa SmartBank çempionatında iştirak etməyə yaxındı.

Həmkarlarımızın iddiasına görə, "Malaqa" və "Estremadura"nın diqqət mərkəzində olan 22 yaşlı oyunçunun ikinci komandaya keçidi daha realdı. Manuel Moskeranın çalışdırdığı klubun hücum xəttinə başqa alternativləri olsa da, ilk namizəd məhz millimizin üzvüdü.

Qeyd edək ki, Mahir Emreli ötən mövsüm 16 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub. "Malaqa" və "Estremadura" yeni mövsümdə La Liqa-2-də mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest