"Keşlə"nin yeni baş məşqçisi Tərlan Əhmədovun köməkçilərinin adına aydınlıq gəlib. Matç.az saytının məlumatına görə, paytaxt təmsilçisi məşqçilər korpusunda hər hansı bir dəyişiklik etməyi planlaşdırmır.

Belə ki, texniki heyətdə yer alan Zaur İsmayılov, Bəxtiyar Musayev, Camaləddin Əliyev və Aleksandar Karakliç hələlik vəzifələrində qalıblar. Yeni baş məşqçi artıq onlara təqdim olunub. Məşqçilər korpusuna əlavənin olub-olmayacağı hələ bəlli deyil.

Tərlan Əhmədov bu gün axşam məşqində komandaya təqdim ediləcək və ilk məşqinə çıxacaq. Bakılıları Topaz Premyer Liqasının VII turundan təxirə salınmış "Qarabağ"la sabahkı görüşə kimin çıxaracağı ilə bağlı məhz bugünkü məşqdən sonra qərar verilməsi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest