"Bu mərhələdə zəif rəqib olmur. Hamısı güclü, eyni zamanda fərqli komandalardı. "Dundalk" süni örtüklü kiçik stadionda oynayır. "Qarabağ" isə güclü və texnikalı komandadı"

"Dundalk" və "Qarabağ"ın bir çox oyununu izləmişik. İşimiz asan olmayacaq". Matc.az xəbər verir ki, bu sözləri APOEL-in baş məşqçisi Paulo Trametsani çempionlar Liqasının II təsnifat mərhələsinin Monteneqro "Sutyeska"sı ilə cavab oyunundan (3:0) sonra keçirilən mətbuat konfransında deyib.

Böyük hesablı qələbəni şərh edən italiyalı mütəxəssis  raunddakı potensial rəqibləri olan "Qarabağ" və "Dundalk" haqda da danışıb.

"Bu mərhələdə zəif rəqib olmur. Hamısı güclü, eyni zamanda fərqli komandalardı. "Dundalk" süni örtüklü kiçik stadionda oynayır. "Qarabağ" isə güclü və texnikalı komandadı. Heyətində uzun illərdir birlikdə oynayan yaxşı futbolçular var. Rəqibin kimliyindən asılı olmayaraq, oyunlar çətin keçəcək" - deyə, mütəxəssis bildirib.

Qeyd edək ki, "Qarabağ" - "Dundalk" cütünün qalibi III təsnifat mərhələsində APOEL-lə qarşılaşacaq. Azərbaycan və İrlandiya çempionları arasında Dublində keçirilən ilk matda qalib müəyyənləşməyib - 1:1.

Cavab qarşılaşması bu gün "Dalğa Arena"da olacaq və yerli vaxtla 21:00-da başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest