Türkiyədə təlim-məşq toplanışında olan "Keşlə" bu gün Türkiyənin "Osmanlıspor" klubu ilə yoxlama matçı keçirib. Matc.az xəbər verir ki, qolsuz başa çatan oyundan sonra Bakı təmsilçisinin kapitanı Slavik Alxasov klubun mətbuat xidmətinə oyun barədə və toplanış haqqında fikirlərini açıqlayıb:
 
"Toplanış normal axarda keçir. Məşqlərdə həm fiziki, həm də taktiki tapşırıqlar üzərində çalışırıq. Komanda yoldaşlarımla birlikdə məşqlərdə məşqçilər korpusunun tapşırıqlarını böyük həvəslə yerinə yetiririk. Bu gün toplanış çərçivəsində keçirdiyimiz yoxlama matçında da baş məşqçinin qarşımızda qoyduğu tapşırıqları yerinə yetirməyə çalışdıq. "Osmanlıspor" kifayət qədər güclü komandadı, oyunda da bunu hamımız müşahidə etdik. Düşünürəm ki, oyun bərabər səviyyədə keçdi, hətta bəzi epizodlarda hesabı açmaq imkanlarımız da oldu. ümumilikdə, ağır yükləmələr fonunda güclü komandaya qarşı yaxşı oynadıq və qarşıdakı oyunların da ümumi hazırlıq səviyyəmizə müsbət təsir göstərəcəyinə inanırıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest