"Kiprdə heç kimin xətrinə dəyməmək şərti ilə qeyd etmək istərdim ki, növbəti mərhələdə "Qarabağ"a azarkeşlik edəcəm. Biz də istərdik ki, belə bir klubumuz olsun. Favorit qismində "Qarabağ"ı görürəm və məncə, Azərbaycan komandası APOEL səddini də keçəcək"

"Bizdə inam var idi. Amma rəqibimiz bizdən bir neçə səviyyə yüksək idi". Matc.az saytının məlumatına görə, bu sözləri "Dandolk"un baş məşqçisi Vinni Pert deyib.

çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a Bakıda böyük hesabla məğlub olan (0:3) İrlandiya çempionu Avropa Liqasına yuvarlanıb.

"Dalğa Arena"da baş tutan qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Pert fikrini bu sözlərlə davam etdirib: "Oyunöncəsi çıxışlarımız iddialı olmağımızdan qaynaqlanırdı. "Qarabağ", bəlkə də, son 7 ildə qarşılaşdığımız ən güclü rəqib idi".

- Oyunun bu axarda keçməsini gözləyirdinizmi?
- Açığı, oyun gözlənilən ssenari ilə gedirdi. "Qarabağ"ın topa sahib olacağını gözləyirdik. İkinci hissədə şansımız oldu. Bu gün güclü olan komanda qələbə qazandı. Komandamdan çox razıyam. Rəqibə hörmət edirik və onlara növbəti mərhələdə uğurlar arzulayıram.

- Hər kiçik fasilədə futbolçularınız su içməyə qaçırdılar. Bakının istisi sizə bu gün nə dərəcədə təsir etdi?
- Doğrudu. ümumilikdə keçirdiyimiz oyunlarda 17-18 dərəcə olur. Bunu səbəb kimi göstərmək istəmirəm. Rəqib çox güclü idi, bizə topla oynamağa imkan vermirdilər. Bəzi səhvlərimiz oldu və "Qarabağ"ın futbolçuları bundan da ustalıqla yararlandılar.

- "Qarabağ" növbəti mərhələdə APOEL-lə qarşılaşacaq. Necə düşünürsünüz, Azərbaycan təmsilçisi Kipr klubunu üstələyə bilərmi?
- Kiprdə heç kimin xətrinə dəyməmək şərti ilə qeyd etmək istərdim ki, növbəti mərhələdə "Qarabağ"a azarkeşlik edəcəm. Biz də istərdik ki, belə bir klubumuz olsun. Favorit qismində "Qarabağ"ı görürəm və məncə, Azərbaycan komandası APOEL səddini də keçəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest