"Qarabağ"ın hücumçusu Mahir Emreli UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İrlandiyanın "Dandolk" klubuna qarşı keçirdikləri cavab oyunundan (3:0, ilk oyun 1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, o, öncə qarşılaşma barədə fikirlərini bölüşüb:
 
- Oyun sürətli tempdə başladı. Rəqibə qol lazım idi, əlbəttə, bizim də buna ehtiyacımız var idi. Onlar qol vursaydı, bizim üçün çətin olacaqdı. İlk hissədə şanslarımız olduq, bir qol vura bildik. Fasilədən sonra rəqib hücumlarda aktivləşdi. Ona görə də şanslardan yararlandıq.
 
- Epizodlar qaçdıqca düşünmürdünüz ki, baha başa gələ bilər. çünki İrlandiyadakı oyun belə olmuşdu.
- Meydanın şəraiti də orada fərqli idi. Bir az həyəcanlanıb, ehtiyat edirdik. Şükürlər olsun ki, böyük hesabla qalib gəldik.
 
- Bir neçə qol şansını qaçırdın. Bu, üzərində çox təzyiq olması ilə bağlıdır?
- İlk oyunda qol vurmuşdum. Biz bunun üzərində məşqlərdə işləyirdik. İlk vəziyyətdə düzgün qərar verdim, uzaq küncə vurdum, amma rəqib qapıçı çıxardı. Bu gün mənim günüm deyildi.
 
- APOEL-i keçmək nə dərəcədə realdır?
- Qol vurduqca özünə inam gəlir. İstəyərəm ki, qol vurum. Ancaq əsas olan komandanın uğurudur. Son dünya çempionatında Fransa yığmasının hücumçusu Olivye Jiru turnir ərzində səhv etmirəmsə, qapıya zərbə vurmamışdı. Amma fransızlar çempion oldu. 
 
- Yəni, deyirsən ki, qol vurmayım, amma "Qarabağ" çL-in qrupuna düşsün?
- Məncə, bu, hamımızı sevindirər. Qol vurub düşsək, daha yaxşı olar.
 
- Adın İspaniyanın "Malaqa" və "Ekstremadura" klubları ilə hallanır. Getməyə hazırlaşırsan?
- Hazırda "Qarabağ"ın futbolçusuyam və bu klubun uğurları üçün çalışıram. Təbii ki, hər bir futbolçu kimi legioner həyatı yaşamaq istərdim. Ancaq bu barədə agentimə sual versəniz, daha yaxşı olar.
 
- Getmək fikrin var?
- Əlbəttə, legioner həyatı yaşamaq istərdim. Sequnda olsa da, ikisi də köklü klubdur. Səviyyə baxımında bizim çempionatda üstündür.
 
- "Estremadura" və "Malaqa" arasında seçim etsən, hansına üstünlük verəcəksən?
- Səviyyə və nüfuz baxımından ola bilər ki, "Malaqa" üstün olsun. Oynayacağım və doğru yeri seçəcəm. Orada oynamasam, milli komandaya fayda verə bilmərəm, özüm üçün ziyan olur. Bütün bunlar mənim verəcəyim qərar deyil. Belə bir şey varsa, ilk olaraq Qurban Qurbanov, köməkçi məşqçilər və Rəşad Sadıqovla məsləhətləşirəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest