Menecerlikdən klub prezidentliyinə qədər yüksələn Riad Rəfiyev özünəməxsus məşqçi-futbolçu axtarışı ilə həmkarlarına "örnək" ola bilər. Gənc prezident müasir texnologiyanın imkanlarından artıqlaması ilə "faydalanır".

Məsələ burasındadı ki, Rəfiyev işlərinin çoxunu sosial şəbəkə, konkret feysbuk vasitəsilə görür. İnsanların ürəyindən keçəni paylaşmaq kimi daha çox tanınan bi sosial şəbəkədə Rəfiyev transfer danışıqları aparır. Bəli, klub prezidenti kəsədən hədəfə çatmağın yolunu tapıb.

"Sumqayıt"ın başqanı əvvəlcə məşqçilərə (futbolçulara) dostluq göndərir, onlara klub prezidenti olduğunu deyərək, özünü tanıdır. Daha sonra isə iş təklifi edir. Onun bu yaxınlarda həmin yolla tələyə salmaq istədiyi şəxslərdən biri də Donetsk "Şaxtyor"unun akademiyasında çalışan yerli bir məşqçi olub.

Rəfiyevin bu təklifinə peşəkar mütəxəssis kimi "yox" cavabı verən həmin məşqçi baş verənləri klubuna çatdırıb. "Şaxtyor" rəhbərliyi də həmkarlarının bu yola əl atmasını gülünclə qarşılayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest