"Yuventus"un yarımmüdafiəçisi Əmrə Canın durumuna aydınlıq gəlib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Almaniya millisinin üzvü tibbi müayinədən keçib.

Əməliyyat olunan Türkiyə əsilli dayaq yarımmüdafiəçisi bu il yaşıl meydanlara dönə biləcək. Həkimlər 24 yaşlı orta sahə oyunçusunun əməliyyatdan 40 gün sonra məşqlərə başlaya biləcəyini açıqlayıb. Bu isə o deməkdi ki, Əmrə ən tezi noyabrın ortalarında "Yuventus"un formasını geyinə biləcək.

Qeyd edək ki, Əmrə Can "Yuventus"a bu il "Liverpul"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest