Almaniya III Bundesliqasında III turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" də növbəti görüşünə çıxıb.

Komanda səfərdə "Duysburq"la üz-üzə gəlib. "Proyssen" meydandan məğlubiyyətlə ayrılıb – 0:2. Rüfət də görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Münster klubu 3 turdan sonra 4 xalla 20 komanda arasında 11-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest