Əhmədov həmçinin Topaz Premyer Liqasının VII turundan təxirə salınmış "Qarabağ"la sabahkı qarşılaşmaya komandanı özünün çıxaracağını söyləyib.

"Keşlə"yə daha bir məşqçi təyinatı gerçəkləşib. Bu barədə matç.az saytına komandanın yeni baş məşqçisi Tərlan Əhmədov məlumat verib.

O bildirib ki, Mladen Milinkoviçin dönəmində komandada qalan məşqçilərə Mehman Babayev də əlavə olunub. AZAL və "Neftçi"də birlikdə işləyən Babayevlə Əhmədov "Keşlə"də də çiyin-çinə çalışacaqlar: "Yalnız Mehmanı köməkçi məşqçi kimi gətirəcəyik. Komandadakı digər məşqçilərin hamısı isə vəzifəsində qalacaq".

Əhmədov həmçinin Topaz Premyer Liqasının VII turundan təxirə salınmış "Qarabağ"la sabahkı qarşılaşmaya komandanı özünün çıxaracağını söyləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest