İngiltərənin "Birmingem" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, çempionşip təmsilçisi Madrid "Real"ının qapıçısı Moha Ramosu heyətinə qatıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı qolkiper 2019/20 mövsümünü icarə əsasında "Birmingem"də keçirəcək.
 
2014-cü ildən "Real"ın akademiyasında olan Ramos, son mövsümü Madrid təmsilçisinin ikinci komandasında keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest