Avrokuboklarla erkən vidalaşan "Səbail" yeni mövsümə ölkə daxilində hazırlaşır. Matc.az saytının məlumatına görə, bakılılar bu gün yoxlama görüşü keçirib.

Aftandil Hacıyevin kollektivi "Əl Samiyə" ilə üz-üzə gəlib. Küveyt təmsilçisi ilə qarşılaşma Bakı Olimpiya Stadionunun köməkçi meydançasında baş tutub. 

üç qolun qeydə alındığı qarşılaşma "dənizçilər"in qələbəsiylə başa çatıb.

 

Yoxlama görüşü

2 avqust

"Səbail" - "Əl Samiyə" (Küveyt) 2:1
Qol: Ranid Əmirquliyev, 10. Ədilxan Qarəhmədov, 55.

Bakı Olimpiya Stadionunun köməkçi meydançası

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest