İspaniyanın "Barselona" klubunun futbolçusu Malkomun Rusiya çempionu "Zenit"ə transferi tam rəsmiləşib. Matc.az xəbər verir ki, bu barədə Sankt-Peterburq klubunun rəsmi saytı məlumat yayıb.
 
22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Braziliyalı futbolçu yeni komandasında 8 nömrəli formanı geyinəcək.
 
Rusiya mətbuatının yazdığına görə, bu transfer üçün "Zenit"in 40 milyon avro təzminat ödəyəcək. Kataloniya təmsilçisinin əlavə 5 milyon avro bonus əldə etmək şansı da var. Malkom özü isə yeni klubunda ilinə 8 milyon avro qazanacaq.
 
ötən mövsüm "Bordo"dan 41 milyon avro müqabilində transfer olunan Malkomun "Barsa" ilə 2023-cü ilədək müqaviləsi var idi. O, İspaniya təmsilçisinin heyətində meydana çıxdığı 24 matçda 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest