"Neftçi"nin müdafiəçisi Məhəmməd Mirzəbəyovun durumuna aydınlıq gəlib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, milli üzvü Topaz Premyer Liqasının IX turunda "Qarabağ"la görüşdə zədələnib.

Cinah oyunçusu bu gün tibbi baxışdan keçib. Məlum olub ki, futbolçunun qarın əzələlərində yırtıq var. Həkimlər 27 yaşlı futbolçunun təxminən 1 ay müalicəyə ehtiyac duyduğunu bildirib. O, yalnız bundan sonra fərdi məşqlərə başlayacaq.

Qeyd edək ki, Məhəmməd Mirzəbəyov ilk 9 turun 7-də 90 dəqiqə meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest