"Keşlə" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. Matc.az saytının əldə etdiyi məlumata görə, paytaxt klubu paraqvaylı hücumçu Lorenso Frutonu transfer edib.
 
Məşqçilər korpusu tərəfindən bəyənilən futbolçu müqavilə imzalamaq üçün "Keşlə"nin düşərgəsinə gəlib. Paytaxt təmsilçisinin tezliklə bu transferi rəsmən açıqlaması gözlənilir.
 
30 yaşlı forvard son olaraq Venesuelanın "Deportivo" (Lara) klubunun uğurları üçün çalışıb. O, daha öncə Paraqvayın "Sol de Amerika", "Rubio Nu, "İndependyente" və Salvadorun "Sante Tekla" klublarında da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest