O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da Dadaşov vurub. 25-ci dəqiqədə sarı vərəqə ilə diqqət mərkəzinə düşən millimizin forvardı 52-ci dəqiqədə rəqib qapısına yol tapıb. Bu, futbolçumuzun yeni mövsümdə ilk qoludu.

Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 4-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" də növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Kayzerslautern"lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.
 
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da Dadaşov vurub. 25-ci dəqiqədə sarı vərəqə ilə diqqət mərkəzinə düşən millimizin forvardı 52-ci dəqiqədə rəqib qapısına yol tapıb. Bu, futbolçumuzun yeni mövsümdə ilk qoludu.
 
Münster klubu 4 turdan sonra 7 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest