Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, İstanbul klubu "Kayserispor"un yarımmüdafiəçisi Dəniz Türüçü heyətinə qatıb. 
 
Bu barədə "Fənərbaxça"nın rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, yeni komandasında 23 nömrəli formanı geyinəcək.
 
Türkiyə mətbuatının yazdığına görə, "Fənərbaxça" bu transferlə əlaqədar "Kayserispor"a 2 milyon avro təzminat ödəyəcək.
 
Peşəkar karyerasına Hollandiyanın "Qou Ehed İqls" klubunda başlayan Dəniz, 2015-ci ildə "Kayserispor"a transfer olunmuşdu. Türkiyə millisinin də şərəfini qoruyan futbolçu, Kayseri klubunda 122 Super Liqa matçına çıxıb, 21 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest