Futbol üzrə Moldova çempionatında 16-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun yenicə müqavilə bağladığı "Dinamo-Avto" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Petrokub"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
 
Nurlan da bu oyunun iştirakçısı olub. Azzərbaycanlı futbolçu Moldova çempionatındakı debüt matçının 65-ci dəqiqəsində meydana buraxılıb.
 
"Dinamo-Avto" 16 oyuna topladığı 21 xalla 8 komanda arasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest