Madrid "Atletiko"sunun sabiq müdafiəçisi Xuanfranın yeni iş yeri müəyyənləşib. Matc.az xəbər verir ki, 34 yaşlı futbolçu Braziliyanın "San Paulo" klubu ilə anlaşıb. 
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. İspaniyalı futbolçu müddəti 2020-ci ildə başa çatacaq müqaviləyə imza atıb.
 
Xuanfran 2011-ci ildən etibarən şərəfini qoruduğu "Atletiko"nu bu yay tərk etmişdi. O, azad agent statusu daşıyırdı. İspaniya millisinin sabiq üzvü Madridin digər təmsilçisi "Real"ın yetirməsi olsa da, bu komandada cəmi 6 oyuna çıxıb. "Real"ın bir mövsümlük "Espanyol"a icarəyə verdiyi futbolçu 5 il də "Osasuna"da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest