Futbol üzrə Portuqaliya Super Kubokunun yeni qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, sözügedən titul uğrunda son ölkə çempionu "Benfika" ilə Portuqaliya Kubokunun qalibi "Sportinq" üz-üzə gəlib.
 
Faru şəhərindəki "Alqarve" stadionunda baş tutan görüşdə "Benfika" rəqibini 5 cavabsız qolla məğlub edib. Rafa Silva (40), Qrimaldo (64) və Şikinyonun (90+1) hərəyə bir dəfə fərqləndiyi oyunda Pitsi (60, 75) dubla imza atıb.
 
"Benfika" 8-ci dəfə Portuqaliya Super Kubokunu qazanıb. Sözügedən klub bu göstəricidə "Sportinq"ə çatıb. Rekord isə "Portu"ya məxsusdu – 21 dəfə!

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest