İngiltərənin "çelsi" klubundan ayrılan Qari Keyhilin yeni iş yeri müəyyənləşib. Matc.az xəbər verir ki, 33 yaşlı ingilis müdafiəçi Premyer Liqanın və Londonun digər təmsilçisi "Kristal Pelas"a transfer olunub.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Keyhil yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
 
İngiltərə millisinin sabiq üzvü 7 il formasını geyindiyi "çelsi"dən bu yay ayrılmışdı və azad agent statusu daşıyırdı. O, geridə qalan mövsümdə "zadəganlar"ın heyətində cəmi 8 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest