"Tobol"un Qazaxıstan Premyer Liqasının XXI turunda "Atırau" ilə səfər oyununun (1:0) ən yaxşı futbolçuları müəyyənləşib. "InStat"ın təhlilinə əsasən, Azərbaycan millisinin qapıçısı Emil Balayev növbəti dəfə ilk "3-lüy"ə düşüb.
"Tobol"un Qazaxıstan Premyer Liqasının XXI turunda "Atırau" ilə səfər oyununun (1:0) ən yaxşı futbolçuları müəyyənləşib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "InStat"ın təhlilinə əsasən, Azərbaycan millisinin qapıçısı Emil Balayev növbəti dəfə ilk "3-lüy"ə düşüb.
Qolkiper yenə komandasının ən yaxşı göstəriciyə malik oyunçusu olub. 1 superseyv və 24 dəqiq ötürmə (71%) ilə yadda qalan 25 yaşlı qapıçı 272 xal toplayıb. Onu Fernander Kassay (268 xal) və Senin Sebai (261 xal) izləyib.
Qeyd edək ki, "Tobol" hazırda Qazaxıstan çempionatına liderlik edir.