"Barselona"nın yarımmüdafiəçisi Arturo Vidal yenidən İtaliyaya köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "İnter" çilili oyunçunun keçidində maraqlıdı.

"Neradzurra" 32 yaşlı oyunçunu birillik icarəyə götürmək niyyətindədi. Klublar arasında bu yöndə danışıq uğurla davam edir. Futbolçu özü də yenidən Antonio Kontenin rəhbərliyi altında oynamağın əleyhinə deyil. Sabiq "Yuventus"lunun keçidinin yaxın günlərdə reallaşması gözlənilir.

Qeyd edək ki, Arturo Vidal "Barselona"ya ötən il "Bavariya"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest