Futzal üzrə çempionlar Liqasının əsas mərhələsində II turun oyunları keçirilir. Matç.az saytı xəbər verir ki, Azərbaycan çempionu "Araz" növbəti qarşılaşmasına çıxıb.

Oyunları Slovakiyada keçirilən 8-ci qrupda mübarizə aparan Joze Alesionun yetirmələri Malta çempionu "Valletta" ilə görüşüb. İlk turda Litva "Vitis"inə uduzan çempionumuz yenə uğursuzluqla üzləşib.

Belə ki, Naxçıvan təmsilçisi ilkin mərhələdən gələn rəqibini məğlub edə bilməyib. Düzdü, "Araz" Xətai Bağırovun qolu ilə hesabda önə çıxıb. Lakin üstünlüyünü əldən verən komanda sonda 1 xalla kifayətlənib.

Futzal üzrə çempionlar Liqası

Əsas mərhələ, 8-ci qrup

II tur, 4 oktyabr

"Araz" (Azərbaycan) – "Valletta" (Malta) – 1:1

Qollar: Xətai Bağırov, 2:59 - Denis Di Mayo, 28:43'

Hakimlər: Sven Eiçler (Almaniya), Kamil çetin (Türkiyə), İvan Şabanov (Rusiya)

Luçeneç. "Sportova Hala Arena" 

 

â„–

Komanda

O

Q

H

M

T/F

X

1

Luçenec

1

1

0

0

4-3

3

2

Vytis

1

1

0

0

1-0

3

3

Valletta

2

0

1

1

4-5

1

4

Araz

2

0

1

1

1-2

1

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest