Türkiyə kubokunda 4-cü mərhələyə start verilib. Matç.az saytının məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunçuları İsmail Karakaş və Doğukan öksüzün formasını geyindiyi "1461 Trabzon" kubokda 3-cü matçına çıxıb.

III liqa təmsilçisi Superliqa klubu "Bursaspor"la qarşılaşıb. Bursada baş tutan görüşün 90 dəqiqəsi 1:1 hesabı ilə başa çatıb. Matça əlavə edilmiş 30 dəqiqənin sonlarına yaxın fərqlənən "1461 Trabzon" sensasiyalı şəkildə 2:1 hesablı qələbə qazanaraq, mərhələ adlayıb.

Start heyətində meydana daxil olan Karakaş 120 dəqiqəni əvəz edilmədən keçirib. öksüz isə 90-cı dəqiqədə mübarizəyə qoşulub və yarım saat komandasının uğuruna töhvə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest