"Yuventus"un müdafiəçisi Joao Kanselo karyerasını "Mançester Siti"də davam etdirəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, tərəflər arasında hərtərəfli anlaşma əldə edilib.

Transfer "şəhərlilər"ə 27,5 milyon funt-sterlinqə başa gəlib. Həmçinin ingilislərin müdafiəçisi Danilo da əks istiqamətə yollanıb. Kanselo yeni klubunda tibbi müayinədən keçmək və münasibətləri rəsmiləşdirmək üçün artıq Mançester şəhərinə yollanıb.

Qeyd edək ki, Kanselo ötən mövsüm A seriyasında 25 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest