"Roma"nın hücumçusu Edin Dzeko Fransaya köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bosniyalı forvard "Monako"nun diqqət mərkəzindədi.

Knyazlıq klubu ulduz futbolçu üçün qarşı tərəflə danışıqlara başlayıb. Ancaq Dzekonun gəlişi Radamel Falkaodan asılıdı. Əgər kolumbiyalı forvard komandanı tərk etsə, fransızlar 33 yaşlı Dzekonu heyətə qatmaq üçün rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Dzeko həmçinin "İnter"in də maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest