"Səbail"in ulduz futbolçusu Maykl Essien Azərbaycanı tərk edə bilər. Bunu qanalı yarımmüdafiəçi özü bildirib. Cənubi Afrika Respublikasının mətbuatına açıqlama verən 36 yaşlı veteran oyunçu bu ölkəyə köçmək variantını istisna etməyib.

"Səbail"in ulduz futbolçusu Maykl Essien Azərbaycanı tərk edə bilər. Matc.az saytı xəbər verir ki, bunu qanalı yarımmüdafiəçi özü bildirib.

Cənubi Afrika Respublikasının mətbuatına açıqlama verən 36 yaşlı veteran oyunçu bu ölkəyə köçmək variantını istisna etməyib. Sabiq "çelsi"li Cənubi Afrika çempionatı barədə xoş fikirlər səsləndirib: "Cənubi Afrika pis deyil, mən ora getmək istərdim. Heç vaxt heç vaxt deyə bilməzsən. Seçimlərimi açıq saxlayıram. Futbolu sevirəm, gözümü açandan bu idman növü ilə məşğulam. Buna görə də, təqaüdə çıxmaq barədə düşünmürəm".

Yerli KİV-in bildirdiyinə görə, əgər Essien bu ölkəyə yollanmağa razılıq versə, "Kayzer çifs" klubu onu heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, ötən ilin mart ayında "Səbail"ə keçən Maykl Essienin paytaxt klubu ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest