Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İngiltərə klubu "Vulverhempton"a transfer olunub. Matc.az xəbər verir ki, bu barədə məlumatı "BirminghamLive" yayıb.

Müqavilə müddəti və detalları açıqlanmasa da, gənc forvardın Premyer Liqa klubu ilə anlaşdığı bildirilir. Xəbərdə o da qeyd olunub ki, "Vulverhempton" Dadaşovu "Eştoril"dən transfer etsə də, oyunçu hələlik karyerasını Portuqaliyada davam etdirəcək. çünki "Vulverhempton" onu "Pakoş de Ferreyra"ya icarəyə verib.

Qeyd edək ki, Renat Dadaşov "Eştoril"ə ötən ilin yayında "Ayntraxt"dan keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest