PSJ-nin yarımmüdafiəçisi Adrien Rabyo növbəti dəfə yeni müqavilə təklifini geri çevirib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, parislilər ona ilinə 8 milyon avro maaş təklif ediblər.

23 yaşlı orta sahə oyunçusu qərarını başqa çempionatda çıxış etmək istəyi ilə əlaqələndirib. Hazırda onun xidmətində maraqlı olan klublar "Barselona", "Yuventus", "Milan" və "Mançester Siti"di. İtaliyalılar gənc oyunçunu hətta qış fasiləsində transfer etməyə razıdılar.

Qeyd edək ki, Adrien Rabyonun PSJ ilə müqavilə müddəti cari mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest