İtaliyanın "Fiorentina" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi sabiq futbolçusu Milan Badeli heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilə ilə "Latsio"ya məxsus olan 30 yaşlı xorvatiyalı yarımmüdafiəçi 1 illik icarəyə götürülüb. Mövsümün sonunda Florensiya təmsilçisi Badelin transfer hüquqlarını almaq şansına da malikdi.
 
Badel daha öncə 2014-2018-ci illər aralığında "Fiorentina"nın uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest