Massimiliano Alleqri ("Yuventus"), Yurgen Klopp ("Liverpul"), Didye Deşam (Fransa millisi), Maurisio Poçettino ("Tottenhem"), Maurisio Sarri ("Çelsi"), Yulian Naqelsman ("Hoffenhaym") və Ernesto Valverde ("Barselona") də ilk "onluğ"a daxil edilib.

Dünyanın ən yaxşı məşqçisi müəyyənləşib. Matç.az saytı xəbər verir ki, nüfuzlu "FourFourTwo" nəşri planetin ən güclü mütəxəssislərinin siyahısını dərc edib.

Cədvələ "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola başçılıq edir. 2-ci pillədə "Real"ın sabiq çalışdırıcısı Zinəddin Zidan yer alıb. İlk "üçlüy"ü "Atletiko"lu Dieqo Simeone qapayır.

Massimiliano Alleqri ("Yuventus"), Yurgen Klopp ("Liverpul"), Didye Deşam (Fransa millisi), Maurisio Poçettino ("Tottenhem"), Maurisio Sarri ("çelsi"), Yulian Naqelsman ("Hoffenhaym") və Ernesto Valverde ("Barselona") də ilk "onluğ"a daxil edilib.

Qeyd edək ki, "Top-50"də "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Arsenal"ın baş məşqçisi Unay Emeri də yer alıb. O, dünyanın 31-ci məşqçisidi. Türkiyənin "Başakşəhər" klubunun çalışdırıcısı Abdulla Avçı isə 37-ci pillədədi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest