"Bir qol bizə daha yaxşı ümid verir. Bu, gözlədiyimizdən tamamilə fərqli bir nəticədi. İlk yarıda çox yaxşı idik. Qol şanslarını əldən verdik. Rəqib hesabı açdıqdan sonra buna cavab verməyə çalışsaq da, yenə də qol vurdular. Bəzən tələsirdik və bu üzdən bəsit səhvlər buraxırdıq".

APOEL-in müdafiəçisi Georgos Merkis UEFA çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib. Matc.az xəbər verir ki, 1:2 hesabıyla uduzduqları oyunda komandasının yeganə qoluna imza atan kiprli futbolçu klub saytına açıqlamasında bunları söyləyib:

"Bir qol bizə daha yaxşı ümid verir. Bu, gözlədiyimizdən tamamilə fərqli bir nəticədi. İlk yarıda çox yaxşı idik. Qol şanslarını əldən verdik. Rəqib hesabı açdıqdan sonra buna cavab verməyə çalışsaq da, yenə də qol vurdular. Bəzən tələsirdik və bu üzdən bəsit səhvlər buraxırdıq. Azərbaycana qələbə ilə qayıtmaq üçün gedəcəyik".

Qeyd edək ki, cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest