Tanınmış klublardan "Zenit", Moskva "Lokomotiv"i, Donetsk "Şaxtyor"unun ikinci dövrənin hazırlığını Antalyada davam etdirəcəyi dəqiqdi. Həmçinin böyük futbol ölkələrindəki bəzi klubların ikinci komandaları da Türkiyədə olacaqlar.

Türkiyənin Antalya şəhəri yanvardan etibarən ölkə daxili və xaricindən gələcək komandaları qəbul etməyə hazırdı. Matç.az saytı yerli mətbuata istinadən xəbər verir ki, "ölü mövsüm" deyilən qış aylarında 2 mindən çox klub Antalyada təlim-məşq toplanışı keçəcək.

Bu məqsədlə məşq meydançalarında hazırlıq işləri görülür və ilin sonuna qədər ot örtükləri hazır vəziyyətə gətiriləcək. Həmkarlarımızın yazdığına görə, Superliqa, I, II və III liqa komandaları toplanışı orda keçəcəklər. Həmçinin Rusiya, Ukrayna, Polşa, Azərbaycan, Belarus, Qazaxıstan, özbəkistan, Gürcüstan, Ermənistan, Rumıniya, çexiya, Xorvatiya, Bolqarıstan, Macarıstan, Danimarka, Hollandiya, Norveç, İsveçrə, Slovakiya, Sloveniya, Almaniya, çin, Yaponiya və Cənubi Koreyanın yüksək liqa komandaları yanvar-aprel ayları aralığında həmin məkanda olacaqlar.

Tanınmış klublardan "Zenit", Moskva "Lokomotiv"i, Donetsk "Şaxtyor"unun ikinci dövrənin hazırlığını Antalyada davam etdirəcəyi dəqiqdi. Həmçinin böyük futbol ölkələrindəki bəzi klubların ikinci komandaları da Türkiyədə olacaqlar.

İdman Turizmi Birliyinin sədri Rəcəb Şamil Yaşacan Azərbaycan da daxil olmaqla, bir çox ölkə klublarının indidən sifariş verdiklərini söyləyib. Yaşacan hətta hükumətin də dəstəyi ilə Antalyada klublar arasında beynəlxalq turnirlər təşkil etməyi planlaşdırdıqlarını açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest