Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Neftçi" - "Bney Yehuda" matçı 2:2 hesabı ilə başa çatıb. "Bakcell Arena"da keçirilən qarşılaşmada İsrail komandasının futbolçuları vaxtı uzatmaqla məşğul olublar. Zədə bəhanəsiylə tez-tez yerə yıxılan qonaq futbolçular yerli azarkeşlərin etirazı ilə qarşılaşıblar.
 
Bundan başqa, matçı canlı yayımlayan "CBC Sport"un şərhçisi Pərviz Musayev də diqqət mərkəzinəd düşüb. O, oyunun son dəqiqələrində meydana daxil olan "Bney Yehuda" əməkdaşına "Sənin meydanda nə işin var, ağsaqqal?" deyə, səslənməsiylə diqqət çəkib. qafqazinfo.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest