"Yuventus" hücumçusu Paulo Dibalanı satmaqda qərarlıdı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Turin təmsilçisi bununla bağlı PSJ-nin qapısını döyüb.

"Tottenhem" və "Mançester Yunayted"in təklifini qaneedici olmadığı üçün rədd edən "qoca sinyora" argentinalı ulduz futbolçunu PSJ-yə təklif edib. Paris klubu da Neymarın ayrılacağı təqdirdə bu keçiddə maraqlı olacağını bəyan edib. İtaliya çempionu 70 milyon avroya oyunçusunun gedişinə razıdı.

Qeyd edək ki, "Tottenhem" Dibala üçün 60 milyon avro təklif etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest