"Mançester Siti" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Premyer Liqa nəhəngi İngiltərədə "transfer pəncərəsi"nin son günündə "Derbi Kaunti"də çıxış edən qapıçı Skott Karsonu heyətinə qatıb. 33 yaşlı ingilis qolkiper 1 illik icarəyə götürülüb.

2015-ci ildən "Derbi Kaunti"də forma geyinən Karson geridə qalan mövsümdə bu komandada 33 oyun keçirib. "Lids"in yetirməsi olan qolkiper karyerası ərzində "Liverpul", "Şeffild Uensdey", "çarlton", "Aston Villa", "Vest Bromviç", "Bursaspor" və "Uiqan" kimi klublarda da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest